Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Şahbaz Ali “Bilməzdim”lə yeni yaradıcılıq mərhələsinə start verdi!

Şahbaz Ali “Bilməzdim”lə yeni yaradıcılıq mərhələsinə start verdi!

Şahbaz Ali “Bilməzdim”lə yeni yaradıcılıq mərhələsinə start verdi!

 

Azərbaycan musiqi səhnəsində özünəməxsus ifa tərzi və emosional təqdimatı ilə seçilən, sevilən pop ulduzu Şahbaz Ali yaradıcılığında yeni mərhələyə qədəm qoyub. Sənətçinin dünən işıq üzü görən “Bilməzdim (Qayıt Ömrümə)” adlı yeni mahnısı musiqisevərlərin diqqətini cəlb edib və qısa zamanda geniş müzakirələrə səbəb olub.

 

“Bilməzdim” mahnısının musiqisi Nailə Mirməmmədliyə, sözləri isə Gültəkin Ələmdarqızına məxsusdur. Xüsusi qeyd edilməli məqamlardan biri də odur ki, bu əsərin ilk ifaçısı Azərbaycan Respublikasının Xalq artisti, sevilən ulduz Röya Ayxan olub. Şahbaz Ali bu məşhur əsərə yeni nəfəs gətirərək öz duyumunu, vokal interpretasiyasını qataraq fərqli emosional çalarda dinləyicilərə təqdim edib.

 

Mahnının aranjımanı Bəhruz Kərimliyə, səs yazması və səs uzlaşması isə DİZZİ-yə aiddir. Müasir səslənmə ilə yanaşı, mahnının duyğusal xətti də qorunub saxlanılıb ki, bu da layihənin peşəkarlığını ön plana çıxarır.

 

Şahbaz Alinin yaradıcılığında növbəti layihə isə artıq demək olar ki, hazırdır. Sənətçinin “Təyyarə” adlı yeni mahnısı üzərində işlər yekunlaşmaq üzrədir. Bu mahnının musiqisi Aynur Adilqızına, sözləri isə Orxana məxsusdur. “Təyyarə” mahnısının aranjımanı, səs yazması və səs uzlaşması DİZZİ tərəfindən hazırlanıb.

 

Məlumata görə, hazırda “Təyyarə” mahnısının klip çəkilişləri davam edir. Vizual layihənin də mahnı qədər iddialı olacağı bildirilir. Klipdə müasir üslub, dinamik kadrlar və mahnının enerjisini əks etdirən səhnələrin yer alacağı gözlənilir.

 

Yeni layihələr Şahbaz Alinin musiqi yolunda daha böyük hədəflərlə irəlilədiyini göstərir. Güclü müəllif heyəti, peşəkar texniki komanda və düşünülmüş repertuar seçimi onun yaradıcılıq strategiyasının əsasını təşkil edir.

 

Qeyd edək ki, Şahbaz Ali yaxın zamanda həm yeni mahnılar, həm də kliplərlə dinləyicilərin qarşısına çıxmağı planlaşdırır. Sənətçinin ardıcıl addımları Azərbaycan musiqi səhnəsində onun adını daha da önə çıxaracaq.


Şahbaz Ali “Bilməzdim”lə yeni yaradıcılıq mərhələsinə start verdi! Şahbaz Ali “Bilməzdim”lə yeni yaradıcılıq mərhələsinə start verdi!
31 Yanvar 2026