Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları çərçivəsində təhsilin keyfiyyətinin, eləcə də nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2026-cı ilin fevral ayının 10-dan başlayaraq attestasiyanın keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, təhsilverənlərin attestasiyasına hazırlıq işləri 2024-cü ilin noyabr ayından başlanılmış və artıq 2025-ci ildə I mərhələsi yekunlaşmışdır. Belə ki, Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə keçirilən attestasiyada 4000 yaxın müəllim iştirak etmiş və onlardan əksəriyyəti tutduğu vəzifəyə uyğun hesab edilmişdir.
2026-cı ildə ilboyu keçiriləcək II mərhələdə 9 bölgəyə aid 57 inzibati ərazilərdə fəaliyyət göstərən incəsənət müəllimlərinin attestasiyası planlaşdırılır.
Mərkəzi Aran (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları), Gəncə-Daşkəsən (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları), Lənkəran-Astara (Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonları), Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları), Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları), Şəki-Zaqatala (Şəki, Balakən, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonları), Qazax-Tovuz (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları), Dağlıq Şirvan (İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonları) bölgələri və Naxçıvan MR-da (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları ).
Cari ildə attestasiyada iştirak edəcək bütün incəsənət müəllimlərinə müvəffəqiyyətlər arzulayırıq!
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026