1–7 fevral tarixlərində keçirilən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında təşkil olunan yüksək səviyyəli paneldə iştirak edib. Paneldə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyə verdiyi töhfələrdən, eləcə də “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma kimi rolundan danışıb.
Səfər çərçivəsində nümayəndə heyəti BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Filip Pauler, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və qurumun direktoru Nihal Saad, həmçinin BMT Qadınlar Təşkilatının baş direktorunun müavini Nyaradzayi Gumbonzvanda ilə görüşlər keçirib. Görüşlərdə gənclər və qadınların mədəni proseslərdə iştirakı, eləcə də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026