Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistan Respublikasının Berdax adına Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumun imzalanmasında məqsəd Azərbaycan və Özbək xalqları arasında mövcud olan tarixi, mədəni və etnik yaxınlıq əsasında teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, yaradıcı əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsidir.
Sənədə əsasən tərəflər rejissor, aktyor, rəssam və dramaturqların qarşılıqlı təcrübə mübadiləsi, birgə tamaşaların hazırlanması, qastrol səfərlərinin təşkili, beynəlxalq festivallarda iştirak, ustad dərsləri və yaradıcı görüşlərin keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda, hər iki ölkənin ən yaxşı yerli və dünya dramaturgiyası nümunələrinin qarşılıqlı olaraq səhnələşdirilməsi nəzərdə tutulur.
Memorandum Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Adil oğlu Bəhramlı və Berdax adına Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrının direktoru Paraxat Mamudov tərəfindən imzalanıb.
İmzalanma mərasimində Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı və teatrın quruluşçu rejissoru Əsgər Əsgərov da iştirak ediblər. Tanınmış sənət adamlarının mərasimdə iştirakı sənədin teatr ictimaiyyəti üçün əhəmiyyətini bir daha vurğulayıb.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026