30 və 31 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Şöhrət" və "Şərəf" ordenlı Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə nümayiş olunan “Zal qızı Zalxa” musiqili komediyasının premyerası anşlaqla keçib.
Afaq Bəşirqızının səhnəyə hər qayıdışını səbirsizliklə gözləyən pərəstişkarları bu dəfə də yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında hazırlanan tamaşanı böyük coşqu və rəğbətlə qarşılayıblar.
Polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulan səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, xormeysteri Məlahət Qasımova, konsertmeysteri Fidan Məmmədova, rejissor assistenti isə Razimə İsmayılovadır.
Tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı Əməkdar artist Əzizağa Əzizov (Babək), Prezident mükafatçısı Ülviyyə Əliyeva (Nigar), aktyorlar Hüseyn Əlili (Polis Aslan), Gülcahan Salamova (Həcər), Türkel Tariqpeyma (Nüşabə), Ofeliya Məmmədova (Tomris), Gültac Əlili (Ərəbi), Gülnarə Əzizova (Qüdrət), Nərmin Əliyeva və Nigar Rüstəmova (Şöhrət), Cəbrayıl Cəbrayılov (Arabadakı adam), eləcə də teatrın xor və balet artistləri iştirak ediblər.
Komediyada Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevin (Səməd – Həcərin əri) də özünəməxsus epizodik rolu, komik ifa tərzi tamaşaçılara gülüş dolu anlar bəxş edib.
Qeyd edək ki, “Zal qızı Zalxa”nın növbəti nümayişi 13 fevral tarixində olacaq.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və "iticket.az" saytından əldə etmək mümkündür.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026