Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Şahbaz Ali “Təyyarə” adlı yeni mahnı və klipini təqdim edib

Şahbaz Ali “Təyyarə” adlı yeni mahnı və klipini təqdim edib

Azərbaycan estradasının sevilən ulduzu Şahbaz Ali yeni musiqi layihəsini dinləyicilərin ixtiyarına verib. Müğənninin “Təyyarə” adlı yeni mahnısı və klipi artıq təqdim olunub.

Layihənin musiqisi Aynur Adilqızıya, sözləri isə Orxana məxsusdur. Mahnının aranjımanı, səsyazma prosesi və səs uzlaşması Dizzi kimi tanınan İslam Dadaşov tərəfindən həyata keçirilib. Musiqi işi Zoydi studiosunda ərsəyə gəlib.

Mahnının klipi üzərində geniş yaradıcı heyət çalışıb. Layihənin rejissoru Yusif Əliyev, ideyası isə Şahbaz Aliyə məxsusdur. Klipin baş rolunda Şahbaz Ali özü yer alıb, ekran işində rol alan balaca obraz isə Heydər Səlimli tərəfindən canlandırılıb.

Qeyd edək ki, Şahbaz Ali son dövrlərdə təqdim etdiyi musiqi layihələri ilə aktiv yaradıcılıq fəaliyyətini davam etdirir və yeni işlərini mütəmadi olaraq dinləyicilərə təqdim edir.


Şahbaz Ali “Təyyarə” adlı yeni mahnı və klipini təqdim edib Şahbaz Ali “Təyyarə” adlı yeni mahnı və klipini təqdim edib Şahbaz Ali “Təyyarə” adlı yeni mahnı və klipini təqdim edib Şahbaz Ali “Təyyarə” adlı yeni mahnı və klipini təqdim edib Şahbaz Ali “Təyyarə” adlı yeni mahnı və klipini təqdim edib Şahbaz Ali “Təyyarə” adlı yeni mahnı və klipini təqdim edib Şahbaz Ali “Təyyarə” adlı yeni mahnı və klipini təqdim edib
3 Mart 2026