Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert komissiyasının növbəti iclası keçirilib

Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert komissiyasının növbəti iclası keçirilib

Martın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində nazirliyin nəzdində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert komissiyasının növbəti iclası keçirilib.
İclasda mədəniyyət naziri Adil Kərimli, komissiyanın sədri, Azərbaycan Rəssamlar İttifaqının rəhbəri Xalq artisti Fərhad Xəlilov və komissiyanın üzvləri iştirak ediblər.


İclasda ölkəmizdə təsviri və dekorativ-tətbiqi sənətin inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən bəhs olunub, komissiyaya təqdim edilən əsərlər, eləcə də yaradıcı fəaliyyətə dair müzakirə aparılıb.


Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert komissiyasının növbəti iclası keçirilib
19 Mart 2026