Martın 18-də Azərbaycan Respublikası Milli Məclisində Elm və təhsil komitəsinin təşkilatçılığı ilə “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə keçirilib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov tədbiri açaraq Mədəniyyət Nazirliyi sistemindəki incəsənət məktəblərinin fəaliyyəti ilə bağlı dinləmənin əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək bildirib ki, son iki il ərzində incəsənət məktəblərində sistemli islahatlara başlanılıb. İslahatların əsas məqsədi incəsənət təhsilində keyfiyyətin artırılması, fəaliyyətin rəqəmsallaşdırılması və tədris məzmununun yenilənməsindən ibarətdir.
Qeyd olunub ki, Azərbaycanda incəsənət təhsili dövlətin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə tədrisin müasir tələblərə uyğun qurulması vacibdir.
Adil Kərimli Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası barədə də məlumat verib. Bildirib ki, incəsənət təhsili sahəsində ilk dəfə təşkil olunan attestasiya prosesi ümumilikdə 12 min təhsilverəni əhatə edir. Ötən il beş region üzrə 4 min təhsilverənin attestasiyası həyata keçirilib. Bu il isə ölkəmizin digər regionları və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 8 min təhsilverənin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaq.
Sonra mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov incəsənət məktəblərinin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda tədrisin təşkili, təhsil ocaqlarına şagird və müəllimlərin qəbul prosesi, həmçinin təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məsələləri haqqında ətraflı məlumat verilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bədii təhsil sahəsində yeni yanaşmaların tətbiqinin əhəmiyyətini qeyd edib, müəllimlərin attestasiyasının zəruriliyini diqqətə çatdırıb.
Daha sonra mövzu ilə bağlı suallar cavablandırılıb, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər rəy və təkliflərini bildiriblər.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026