Macarıstanın ELTE – Eötvös Loránd University Universitetində Novruz bayramı ərəfəsində genişmiqyaslı şəkildə Azərbaycan mədəniyyəti tədbir təqdim olunub. Tədbir Azərbaycan–Macarıstan Məzunlar Birliyinin (AHAU) təşəbbüsü və idarə heyətinin üzvü Nurcan Əmircanovanın və Azərbaycan diaspora gənclərinin birgə təşkilatçılığı, eləcə də Mərkəzi Asiya İcması – Central Asian Society ilə əməkdaşlıq çərçivəsində baş tutub.
Tədbirdə azərbaycanlı tələbələrlə yanaşı, əsasən türk dövlətləri olmaqla 10-dan çox ölkədən,200dən çox gənclər iştirak edib.Proqram çərçivəsində Türk dövlətlərinin milli mədəniyyətlərini əks etdirən stendlər qurulub, ənənəvi musiqi və rəqs nömrələri təqdim olunub.
Azərbaycan tərəfini təmsil edən tələbə Aysel Əlizadənin ifasında milli musiqilər səsləndirilib. Bununla yanaşı, Nərgiz Beydullayeva tərəfindən “Uzundərə” rəqsi, eləcə də “Arşın mal alan” əsəri əsasında hazırlanmış rəqs nömrəsi nümayiş olunub.
Tədbir zamanı çıxış edən təşkilatçılardan biri, AHAU idarə heyətinin üzvü Nurcan Əmircanova bildirib ki, Novruz yalnız baharın gəlişini deyil, eyni zamanda birlik, yenilənmə və ortaq dəyərlərin qeyd olunmasını simvolizə edir. O vurğulayıb ki, belə təşəbbüslər müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayır və fərqli xalqları bir araya gətirərək qarşılıqlı anlayış və dostluğu gücləndirir.
Tədbir iştirakçıları üçün Novruz bayramına xas ənənələr, milli mətbəx nümunələri və mədəni atributlar təqdim olunub. Bu cür tədbirlər Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin birliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılmasına da töhfə verir.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026