Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” operettası ilə Mingəçevirdə çıxış edib

Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” operettası ilə Mingəçevirdə çıxış edib

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə aparıcı bədii kollektivlərin ölkə miqyaslı qastrol proqramı həyata keçirilir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da qastrol proqramında iştirak edir. 

Layihə çərçivəsində Opera və Balet Teatrının kollektivi 
martın 28-də Mingəçevir Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasını nümayiş etdirib. 

Bir əsrdən çoxdur ki,  ölkəmizdə və xaricdə geniş şöhrət qazanan əsər maraqlı səhnə tərtibatı, parlaq aktyor oyunu və canlı musiqi müşayiəti ilə tamaşaçılara təqdim olunub. Operettada Məşədi İbad obrazını Xalq artisti Azər Zeynalov canlandırıb. Digər rollarda Xalq artisti Əkrəm Poladov (Rüstəm bəy), Atəş Qarayev (Sərvər), Səma Həmzəyeva (Gülnaz), Əməkdar artist Cahangir Qurbanov (Qoçu Əsgər), Əməkdar artist Tural Ağasıyev (Qəzetçi Rza), Fəhmin Əhmədli (Həsən bəy), Əməkdar artist Ələkbər Əliyev (Həsənqulu bəy), Əməkdar artist Gülüstan Əliyeva (Sənəm), Xaliq Bəkirov (hambal), Pərviz Verdiyev (Balaoğlan), Zeynalabdin Kərimov (qulluqçu) və Sadiq Məlikov (hamamçı) çıxış ediblər. 

Tamaşa Opera və Balet Teatrı Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunub. Qonaqlıq səhnəsində xanəndə Xəyal Hüseynov, tarda Səxavət Məmmədov, kamançada Mahir Quliyev, nağarada isə Loğman Məmmədli müşayiət edib. 

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, xoreoqrafı Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, konsertmeysterləri Nüşabə İsa, Roza Səlimova və Tofiq Şıxıyevdir.

Üzeyir bəyin ölməz sənət yadigarı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, mart ayından başlanan qastrol səfərləri Bakı, Naxçıvan Muxtar Respublikası, Ağdam, Laçın, Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Quba, Xaçmaz, Şəki, Qəbələ, Zaqatala, Balakən, Sabirabad, Şamaxı və digər şəhər və rayonları əhatə edəcək.


Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” operettası ilə Mingəçevirdə çıxış edib Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” operettası ilə Mingəçevirdə çıxış edib Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” operettası ilə Mingəçevirdə çıxış edib Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” operettası ilə Mingəçevirdə çıxış edib Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” operettası ilə Mingəçevirdə çıxış edib
30 Mart 2026