Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Şahbaz Alidən gözlənilməz yenilik: Bu dəfə rejissor kürsüsündə

Şahbaz Alidən gözlənilməz yenilik: Bu dəfə  rejissor kürsüsündə

Pop dünyasının sevilən siması Şahbaz Ali yaradıcılığında yeni səhifə açır. Müğənni bu dəfə pərəstişkarlarını fərqli ampluada — layihə prodüseri, rejissor və ideya müəllifi kimi salamlayacaq. Məlumata görə, sənətçinin böyük maraqla gözlənilən yeni layihəsi artıq may ayında işıq üzü görəcək. Layihənin bəstəkarı və söz müəllifi isə Azərbaycan Könüllülərinin rəsmi himninin müəllifi və ifaçısı, EYOF olimpiyasının ulduz səfiri Tofig Hajiyev-dir.

Klipin çəkilişləri cənubun mirvarisi olan Lənkəranda, "Citrus Valley" və "Khazar Palace" kimi məkanlarda baş tutub. Ekran işinin baş rollarını Fərid Məhərrəmov və İnci Səlimova canlandırıb. Onlar kənd yerində yaşayan iki gəncin saf və təmiz sevgi hekayəsini vizual olaraq izləyicilərə çatdırmağa çalışıblar.

Layihənin ən maraqlı və sirli məqamı isə mahnının kim tərəfindən ifa edilməsidir. Hazırda ifaçının adı gizli saxlanılır və bu, izləyicilər arasında böyük marağa səbəb olub.

Qeyd edək ki, Şahbaz Ali müğənni kimi uğurlu fəaliyyətini də dayandırmır. Sənətçinin öz ifasında təqdim olunacaq yeni mahnısı üzərində də hazırlıqlar davam edir. Həmin bəstənin də müəllifi Tofiq Hacıyevdir. Görünən odur ki, Şahbaz Ali həm ifaçı, həm layihə prodüsseri, həm də rejissor kimi bu mövsümə damğa vurmağa hazırlaşır.


Şahbaz Alidən gözlənilməz yenilik: Bu dəfə  rejissor kürsüsündə Şahbaz Alidən gözlənilməz yenilik: Bu dəfə  rejissor kürsüsündə
22 Aprel 2026