Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Elşən Mübarizdən iddialı debüt: "Sonsuz sevgi" mahnısı və klipi işıq üzü gördü!

Elşən Mübarizdən iddialı debüt: "Sonsuz sevgi" mahnısı və klipi işıq üzü gördü!

     Azərbaycan musiqi dünyasına yeni və iddialı bir nəfəs gəlir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyoru və solisti, Milli Konservatoriyanın məzunu Elşən Mübariz "Sonsuz sevgi" adlı ilk mahnısını və klipini pərəstişkarlarının ixtiyarına verib.

     Saf və ülvi sevgidən bəhs edən ekran işi peşəkar komandanın birgə əməyi nəticəsində ərsəyə gəlib.

     Sözügedən layihənin ən diqqətçəkən məqamlarından biri onun ərsəyə gəlməsində ölkənin tanınmış ulduz heyətinin bir araya gəlməsidir. Belə ki, dinləyicilərin qəlbini fəth etməyə hazırlaşan mahnının sözləri və musiqisi pop ulduzu, EYOF olimpiyasının ulduz səfiri, həmçinin Azərbaycan Könüllülərinin rəsmi himninin müəllifi və ifaçısı Tofig Hajiyevə məxsusdur. Tofig Hajiyevin özünəməxsus musiqi xətti gənc ifaçının vokal imkanları ilə birləşərək ortaya olduqca harmonik bir iş çıxarıb. Layihənin baş prodüseri və klipin rejissoru qismində isə tanınmış ulduz müğənni Şahbaz Ali çıxış edib. Eyni zamanda layihənin ümumi vizual konsepsiyasını və geyimlərini ulduzun vizual zövqünə əmanət edən komanda, ekran işinin üslubunu və obrazların stilistliyini də məhz Şahbaz Aliyə həvalə edib. Onun həm rejissor, həm də stilist kimi bədii və estetik baxışı klipin hər bir kadrında, personajların premium geyim və imicində özünü aydın şəkildə büruzə verir. Mahnının dinamik və müasir aranjimanını sevimli müğənni Bəhruz Kərimli hazırlayıb, səs uzlaşması (mix-mastering) isə musiqi dünyasında hər kəsin yaxından tanıdığı Dizzi tərəfindən "ZoyDi" studiyasında yüksək peşəkarlıqla icra olunub.

 

​Mahnının canlandırdığı saf və ülvi sevgi duyğularqi klipin vizual həllində də öz əksini tapıb. Ekran işinin çəkilişləri Azərbaycanın ən füsunkar və təbii gözəllikləri ilə seçilən cənub bölgəsində — Lənkəran şəhərində yerləşən "Citrus Valley" və "Khazar Palace" məkanlarında baş tutub. Klipin baş rollarını gənc və istedadlı aktyorlar İnci Səlimova ilə Fərid Məhərrəmov canlandırıblar. Onların ekrandakı səmimi tərəfdaşlığı və duyğu ötürücülüyü layihənin uğurunu tamamlayan əsas amillərdən biridir. Klipin mükəmməl vizual keyfiyyətinə, peşəkar kamera işinə, montajına və rəng korreksiyasına (kolorist) isə Yusif Əliyev imza atıb.

 

​Milli Konservatoriyanın divarları arasında püxtələşən və Dövlət Opera və Balet Teatrının səhnəsində mürəkkəb obrazları canlandıran Elşən Mübariz, "Sonsuz sevgi" layihəsi ilə estrada janrında da nə dərəcədə iddialı və çoxşaxəli bir sənətçi olduğunu sübut edir. Saf və dərin duyğular bəxş edən bu kompozisiya və klip artıq bütün rəqəmsal platformalarda dinləyicilərin ixtiyarına verilib.


Elşən Mübarizdən iddialı debüt: "Sonsuz sevgi" mahnısı və klipi işıq üzü gördü! Elşən Mübarizdən iddialı debüt: "Sonsuz sevgi" mahnısı və klipi işıq üzü gördü!
24 May 2026