Mayın 21-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.
Görüşdə Xalq artistləri – dirijor Ağaverdi Paşayev, xanəndə Zümrüd Məmmədova, qarmon ifaçısı Ənvər Sadıqov, aktrisalar Məleykə Əsədova, Şükufə Musayeva, Xalq rəssamı Hüseyn Haqverdiyev və tanınmış şair, bəstəkar Xanım Qarayeva (İsmayılqızı) iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayıb, yubileyləri münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.
Nazir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev dahi siyasətçi, görkəmli dövlət xadimi olsa da, mədəniyyətə, ədəbiyyata daim xüsusi münasibəti olub. Ulu Öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin inkişafına davamlı diqqət göstərib, yaradıcı insanlara qayğı ilə yanaşıb. “Ümummilli Liderin təməlini qoyduğu bu ənənə möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Mədəniyyətimizin inkişafına töhfə verən insanlar yüksək dövlət təltiflərinə, təqaüd və mükafatlara layiq görülürlər. Bu yanaşma və diqqət yaradıcı insanların fəaliyyətinə müsbət təsir göndərir və nəticədə Azərbaycan mədəniyyəti inkişaf edir, zənginləşir”, – deyə nazir əlavə edib.
Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplom və Təşəkkürnamələrini təqdim edib, cansağlığı, uzun ömür və fəaliyyətlərində uğurlar arzulayıb.
Mədəniyyət xadimləri çıxış edərək sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, göstərilən diqqətə və təltifə görə minnətdarlıqlarını bildiriblər.
Sonda birgə foto çəkdirilib.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026