Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Kərəm İncəlinin zəngin yaradıcılıq və həyat yolunu əks etdirən 70-dən çox eksponat Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verilmişdir.
Eksponatların muzeyə təqdim olunması təşəbbüsü “Goja Media”nın rəhbəri Ramil Qocaya məxsusdur. Təhvil verilən əşyalar sırasında ustad sənətkara məxsus geyimlər, sazlar, medallar, kitablar, fotoşəkillər və digər şəxsi əşyalar yer alır. Bu eksponatlar gələcək nəsillərin Aşıq Kərəm İncəlinin sənəti və həyat yolu ilə daha yaxından tanış olmasına imkan yaradacaq.
Aşıq Kərəm İncəlinin xatirəsinin yaşadılması və irsinin qorunması istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova başda olmaqla muzey kollektivinə dərin təşəkkürümüzü bildiririk.
Bu təşəbbüs milli-mənəvi dəyərlərimizin, aşıq sənəti ənənələrinin və görkəmli sənətkarlarımızın irsinin qorunaraq gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026