Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Mədəni qastrol proqramının növbəti ünvanı Xızı rayonu olub

Mədəni qastrol proqramının növbəti ünvanı Xızı rayonu olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir. 
Layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iyunun 10-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində geniş konsert proqramı ilə çıxış edib.
Orkestr Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirib.
Proqramda Üzeyir Hacıbəylinin “Arazbarı”, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi”, Fikrət Əmirovun “Mən səni araram”,
“Min bir gecə” baletindən “Şəhrizadın bayramı” və final səhnəsi, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Azər Rzayevin “Düşüncə”, Vittorio Montinin “Çardaş”, Tofiq Quliyevin “Sevgi valsı”, Musa Mirzəyevin “Azərbaycan rəqsi”, Süleyman Ələsgərovun “Şalaxo”, eləcə də Həsən Rzayevin “Çahargah” rapsodiyası təqdim olunub.
Orkestrin böyük şövqlə ifa etdiyi bütün musiqi nömrələri alqışlarla qarşılanıb. Konsertdə Əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayev və tarzən Səxavət Məmmədov iştirak edərək maraqlı musiqi proqramı təqdim ediblər.
Qeyd edək ki, qastrol layihəsi paytaxt və bölgələri vahid mədəni proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli təşəbbüs kimi həyata keçirilir.

 


Mədəni qastrol proqramının növbəti ünvanı Xızı rayonu olub Mədəni qastrol proqramının növbəti ünvanı Xızı rayonu olub Mədəni qastrol proqramının növbəti ünvanı Xızı rayonu olub Mədəni qastrol proqramının növbəti ünvanı Xızı rayonu olub Mədəni qastrol proqramının növbəti ünvanı Xızı rayonu olub Mədəni qastrol proqramının növbəti ünvanı Xızı rayonu olub
11 İyun 2026