Azərbaycan oyun icması türk dünyasının ən böyük "game jam" tədbirinə 70-dən çox iştirakçı ilə qoşuldu.
Türk Dünyası Oyun Geliştiricileri Birliyi (TuGDA) tərəfindən hər il təşkil olunan "Turkic Game Jam" (TGJ) bu il daha da genişlənərək altı ölkəni əhatə etdi. İyunun 5-dən 7-dək keçirilən 48 saatlıq oyun hazırlama marafonu eyni vaxtda Azərbaycan, Türkiyə, Macarıstan, Qazaxıstan, Özbəkistan və Şimali Kiprdə baş tutdu və türk dünyasının oyun icmalarını ortaq yaradıcı platformada bir araya gətirdi. Ümumilikdə altı ölkə üzrə 200-dən çox iştirakçı 60-dan artıq oyun layihəsi üzərində çalışdı.
Azərbaycanda tədbir "Gamepons" və "IGDA Azerbaijan" təşkilatçılığı və Yaradıcı Mərkəzin dəstəyi ilə baş tutub. Yerli mərhələdə 20 komanda və 70-dən çox iştirakçı mübarizə apardı. Oyun dizaynerləri, proqramçılar, 3D rəssamlar və ssenari müəllifləri kimi müxtəlif ixtisaslardan olan yaradıcı şəxslər 48 saat ərzində eyni mövzu əsasında öz orijinal oyunlarını hazırladılar.
"Turkic Game Jam" klassik "game jam" formatından fərqlənən beynəlxalq bir modelə malikdir. Tədbirdə iştirak edən hər bir ölkə əvvəlcə öz lokal mərhələsini keçirir və yerli mütəxəssislərdən ibarət münsiflər heyəti ən uğurlu komandaları müəyyənləşdirir. Seçilən komandalar daha sonra Böyük Final mərhələsində digər iştirakçı ölkələrin finalçıları ilə yarışır.
2026-cı ilin Böyük Finalı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Finala vəsiqə qazanan komandalar öz oyunlarını beynəlxalq auditoriyaya təqdim etmək, sənaye mütəxəssisləri, investorlar və digər oyun yaradıcıları ilə əlaqələr qurmaq imkanı əldə edəcəklər.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026