Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 12-də Sumqayıt Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, Fərman Kazımov Sumqayıt şəhərinin yaradılması tarixindən, 77 il ərzində keçdiyi inkişaf mərhələlərindən danışdı. Sumqayıt şəhərində son 10 ildəki şəhərsalma sahəsindəki yeniliklər haqda məlumat verildi və WUF13 tədbirinin vacibliyi vurğulandı.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu ölkəmizdə əldə olunan şəhərsalma nailiyyətlərindən danışaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini xüsusi vurğulayıb. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yalnız bərpa deyil, eyni zamanda müasir standartlara uyğun yeni yaşayış məkanları formalaşdırılır. Qeyd olunub ki, artıq 8 şəhərin baş planı və 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırılması təsdiqlənib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Huseynzadə WUF13 barədə ətraflı məlumat verərək universitetin müəllim və tələbələrini Foruma dəvət edərək bildirib ki, tədbirin proqramı artıq açıqlanıb. O qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.
WUF13 Festivalı axşam saat 18:00-da Göyərçin parkında keçiriləcək ictimai proqramla davam edib.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar
və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
16 Noyabr 2026
Budapeştdə ELSA-nın 90-cı Beynəlxalq Şura Toplantısı keçirilib
16 Noyabr 2026
Beynəlxalq Gənclər Forumu
25 Oktyabr 2026
“Gilavar” Foto Klubu İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində - BMT-nin Avropa ofisinin yerləşd…
6 Oktyabr 2026
WUF 13 Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib.
21 May 2026
“Beynəlxalq gənclər üçün süni intellekt müsabiqəsi: Dayanıqlı, davamlı və reinteqrasiyaya uyğun şəh…
19 May 2026
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib
12 May 2026
Sumqayıtda WUF13 Festivalının ictimai proqramı baş tutub
12 May 2026
WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
11 May 2026
12 may 2026-cı il tarixindən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Bakı şəhərinin əsas mə…
11 May 2026