Təhsil İdman Peşə İnnovasiya Karyera

Beynəlxalq Ləyihələr

Logo

WUF 13 Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib.

WUF 13  Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə Uşaqlar və Gənclər Dəyirmi Masası keçirilib. Tədbir uşaqların və gənclərin dayanıqlı inkişaf, inklüzivlik və qərarqəbuletmə proseslərində iştirakının gücləndirilməsinə həsr olunub.

 

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər. Həmçinin BMT Baş katibinin gənclər məsələləri üzrə köməkçisi Felipe Paullier videomüraciətlə çıxış edib.

 

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan gənclərinin dayanıqlı inkişaf proseslərinə cəlb olunmasına xüsusi önəm verdiyini və bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirildiyini vurğulayıb. Nazir Fərid Qayıbov həmçinin “Gələcəyin şəhəri və gənclər” təşəbbüsü çərçivəsində ölkənin 33 Gənclər Evi və Gənclər Mərkəzində keçirilən dialoqlardan bəhs edib.

 

Panel çərçivəsində azərbaycanlı gənc lider, "EKOSFERA" təşkilatının nümayəndəsi Nəzrin Əsgərzadə və Banqladeş Milli Uşaq İşçi Qrupunun (NCTF) uşaq hüquqları müdafiəçisi İmtiaz Əhməd də öz fikirlərini bölüşüblər. Müzakirələrdə dayanıqlı və inklüziv şəhərlərin qurulmasında gənclərin rolu, gender bərabərliyi, əlçatanlıq və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

 

Dəyirmi masa daha sonra yerli və beynəlxalq gənclərin iştirakı ilə panel sessiyaları formatında davam etdirilib. Müzakirələr Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (ÜŞF13) çərçivəsində müəyyən edilmiş layiqli mənzil təminatı prioriteti ətrafında aparılıb, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılmasında gənclərin baxış və təşəbbüsləri diqqətə çatdırılıb.

  Xəbər Gənclər və İdman Nazirliyinin Rəsmi sosial şəbəkə hesabında paylaşıma istinadən paylaşılır. 


WUF 13  Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib. WUF 13  Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib. WUF 13  Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib. WUF 13  Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib. WUF 13  Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib. WUF 13  Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib. WUF 13  Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib.
21 May 2026