Təhsil İdman Peşə İnnovasiya Karyera

Beynəlxalq Ləyihələr

Logo

“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib

“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib

QHT Agentliyinin xətti ilə Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində "Bakı Şəhərsalma Həftəsi"ndə 2026-cı il mayın 11-də Dənizkənarı Milli Parkda “Xəzər İntellektual Gənclər Klubu” və "İsmayıllı İntellektual Oyunlar Klubu" ictimai birliklərinin “Xəzərin sahilində” adlı intellektual çempionatı keçirilib.

Odlar Yurdu Universitetinin tərəfdaşlığı ilə baş tutan çempionatın açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının nümayəndəsi Məleykə Tağızadə tədbirə uğurlar arzulayıb, gəncləri WUF13-də fəal iştiraka səsləyib.

“Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin sədri Azad Manaflı bildirib ki, layihənin məqsədi gənclər arasında intellektual oyunların inkişafını təşviq etmək, şəhərsalma və memarlıq sahəsində iştirakçıları maarifləndirməkdir. 5 mərhələdən ibarət olan çempionatda şəhərsalma tarixi, memarlıq nümunələri, Azərbaycanın mədəni irsi, eləcə də beynəlxalq təcrübə ilə bağlı suallar təqdim olunub. Komandaların adları simvolik olaraq, Azərbaycanın 12 şəhərinin adını daşıyıb.

Yarış həm iştirakçılar, həm də şəhər sakinləri tərəfindən xüsusi maraqla qarşılanıb. Tədbir daha sonra musiqi proqramı ilə yekunlaşıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatın yekununda “Quba” komandası I yerə layiq görülüb. II və III yerləri isə müvafiq olaraq “Bakı” və “Naxçıvan” komandaları qazanıblar. Qalib komandalara hədiyyələr təqdim edilib.


“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib “Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib “Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib “Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib “Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib “Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib
12 May 2026