17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yeni bir komponent - Biznes və İnnovasiya Mərkəzini təqdim edir.
Bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyər zənciri) əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxaracaq. O, WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu çərçivəsində qlobal mənzil böhranına cavab verən yanaşmaların inkişafına dəstək verəcək və əsas diqqəti innovasiya, investisiya və icra məsələlərinə yönəldəcəkdir.
Biznes və İnnovasiya Mərkəzinin əsas məqsədləri mənzil təminatının real təcrübədə necə həyata keçirildiyini göstərmək və səmərəli əməkdaşlıq və əlaqələndirmə üçün bir platforma yaratmaqdır.
Proqram innovativ mənzil təminatı və əsas xidmətlər üzrə həll yollarının inkişafı ilə məşğul olan özəl sektor nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirəcək.
Şəhərsalma üzrə dəyər zənciri fəaliyyətdə
Biznes və İnnovasiya Mərkəzinin səhnəsində “Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi” mövzusunda 15 sessiya keçiriləcək.
Bu interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində necə inkişaf etdirildiyi nümayiş etdiriləcək.
Özəl sektoru bütün müxtəlifliyi ilə əks etdirən Mərkəz irimiqyaslı şirkətlərdən tutmuş kiçik və orta biznes müəssisələri, startaplar və biznes assosiasiyalarına qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı, innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni yanaşmaları ön plana çıxaracaq.
Mərkəz həmçinin şəhərlər, investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər arasında mübadiləni təşviq edərək ideyaların icra yönümlü yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Startap layihələrinə və yeni subyektlərə dəstək
Həmçinin, Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan - Startap Pavilyonu təqdim olunacaq.
Bütün dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı etdiyi bu Pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
16 Noyabr 2026
Budapeştdə ELSA-nın 90-cı Beynəlxalq Şura Toplantısı keçirilib
16 Noyabr 2026
Beynəlxalq Gənclər Forumu
25 Oktyabr 2026
“Gilavar” Foto Klubu İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində - BMT-nin Avropa ofisinin yerləşd…
6 Oktyabr 2026
WUF 13 Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib.
21 May 2026
“Beynəlxalq gənclər üçün süni intellekt müsabiqəsi: Dayanıqlı, davamlı və reinteqrasiyaya uyğun şəh…
19 May 2026
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib
12 May 2026
Sumqayıtda WUF13 Festivalının ictimai proqramı baş tutub
12 May 2026
Sumqayıt şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
12 May 2026
12 may 2026-cı il tarixindən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Bakı şəhərinin əsas mə…
11 May 2026