Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında təşkil olunan yürüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər, o cümlədən tələbələr, kursantlar, məktəblilər, idmançılar, gənclər təşkilatlarının üzvləri və ictimaiyyət nümayəndələri olmaqla, ümumilikdə 500-ə yaxın iştirakçı yer alıb.
Yürüş iştirakçıları Azərbaycan bayraqları və vətənpərvərlik məzmunlu plakatlarla Dövlət Bayrağı Meydanından Zəfər Parkına doğru yürüş ediblər. Hərbi orkestrin ifa etdiyi marşların müşayiəti isə yürüşə xüsusi coşqu və vətənpərvərlik ab-havası qatıb.
Yürüşün yekununda iştirakçılar Zəfər Abidəsinin önündə toplaşıblar. Burada Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi əzmi, Ordumuzun şücaəti və xalqımızın milli həmrəyliyi nəticəsində ərazi bütövlüyümüz, dövlət suverenliyimiz tam bərpa olunub. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi potensialının güclənməsi, müxtəlif sahələrdə əldə olunan uğurlar ölkəmizin davamlı inkişafına və gələcəyinə inamı daha da artırır. Əldə olunan nailiyyətlər qarşıdakı dövrdə daha böyük hədəflər üçün möhkəm zəmin yaradır.
Məcid Seyidov yürüşün mənəvi əhəmiyyətindən danışaraq iştirakçılara təşəkkürünü bildirib, onların Vətənə, dövlətə və cəmiyyətə faydalı olmaq istiqamətində fəallığının təqdirəlayiq olduğunu vurğulayıb. Bildirilib ki, gənclərin belə təşəbbüslərdə fəal iştirakı dövlətçilik və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, gənclərin həmrəyliyi və ictimai fəallığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra yürüşün iştirakçısı Elgiz Süleymanov çıxış edərək bu yürüşdə iştirak etməkdən qürur duyduğunu bildirib, gənclərin Vətən qarşısında məsuliyyətindən, Zəfər tarixinin yaşadılması və gələcək nəsillərə çatdırılmasında onların üzərinə düşən vəzifələrdən danışıb.
Tədbir çərçivəsində gənc rəssamların yaradıcılıq işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026