“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Suveren ölkənin təhsilli gəncləri” mövzusunda təşkil olunan görüş RİH-in Tədbirlər Planına uyğun olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Mərkəzin önündə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi dərin ehtiramla yad edilib.
Görüş Dövlət Himnimizin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, Qalib ölkəmizin qüdrətli gələcəyinə hesblanmış, milli mənafelər üzərindən qurulan Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də uğurlu təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur.
Tədbirdə çıxış edənlər – Ağstafa rayon prokuroru Anar Cəfərov, Ağstafa rayon Təhsil sektorunun müdiri Mədəd Zeynalov, mədəniyyət nümayəndəsi Oruc Mansurov, 682, 677 və 666 bal toplayan tələbələr, Aysel Tağıyeva, Nəsrin Cəfərli və Leyla İzzətova ölkəmizin təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs ediblər.
Cari tədris ilində yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olan məzunlar və fəaliyyətlərində fərqlənən müəllimlər Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələrlə təltif olunublar.
Görüşün bədii hissəsində yeniyetmə və gənclərin təqdim etdikləri konsert proqramı rəğbətlə qarşılanıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026