Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır. Hər il olduğu kimi bu il də ölkəmizin hər yerində yeni tədris ilinin başlanılması böyük sevinc hissi ilə qeyd olunur.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Vurğun qəsəbə tam orta məktəbində keçirilən Bilik Günü tədbirində iştirak edib, rayonun təhsil işçilərinə, şagird və müəllimlərə təbriklərini çatdırıb.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı bildirb ki, Ulu Öndər Heydər Əliyevin dərin milli mənafelər üzərindən qurularaq ölkəmizin dayanıqlı inkişafına xidmət edən elm və təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli, Vətənə daha layiqli vətəndaş kimi yetişməsinə hesablanıb.
Digər natiqlər, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon Təhsil sektorunun müdiri Mədəd Zeynalov, 1-ci sinif müəllimi İlhamə Məhərrəmova da çıxışlarında ölkəmizin milli təhsil sisteminə göstərilən yüksək dövlət qayğısından söz açıblar.
Şagirdlərin ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiyalar alqışlarla qarşılanıb.
Məktəbə ilk qədəmlərini qoyan birincilərin təhsil alacaqları sinif otaqlarında onlarla görüş keçirilib, xatirə şəkilləri çəkdirilib.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026