Ağstafa şəhəri, “Yazıçılar Evi”ndə keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, Azərbaycanın milli tarixində yeni bir mərhələni ifadə edən 20 sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın ən böyük sərvəti, milli dövlətçiliyimizin təminatıdır. Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz tam təmin olundu, sərhədlərimiz üzərində, o cümlədən bütün ərazilərimizdə müqəddəs bayrağımız qürurla dalğalanır. Bu nailiyyətlər dövlətimizin və xalqımızın sarsılmaz iradəsi, qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin müqəddəs qanı bahasına əldə olundu. Hər bir azərbaycanlı bu günlə qürur duyur, gələcəyə inamla baxır və dövlət suverenliyini daim qoruyacağını bütün dünyaya bəyan edir.
“Yadigar şeirlər” kitabının redaktoru Saqif Qaratorpaq Vətən müharibəsinin qəhrəman şəhidi Elşən Şəfalət oğlu Piriyevin keçdiyi şərəfli ömür və döyüş yollarından söz açaraq qeyd edib ki, kitabın əsas mövzuları Vətən sevgisi, torpağa bağlılıq, xeyirxahlıq və insana rəğbətdir.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri dövlətimiz tərəfindən şəhid ailələrinə, eləcə də bu kateqoriyadan olan vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026