Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər Hüseyn Arif adına musiqi məktəbinin təqdimatında dahi bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində "O olmasın, bu olsun" musiqili komediya tamaşası nümayiş etdirilib.
Tamaşaçılar sırasında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri də yer alıblar.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi təsis olunub. Prezident İlham Əliyevin 2025-ci ildə imzaladığı Sərəncama əsasən, musiqişünas-alim, publisist və ictimai xadimin yubileyi münasibətilə ölkəmizin müxtəlif şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Konsertlər, tamaşalar, sərgilər, elmi simpoziumlar təşkil olunur.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026