Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclər və gənclər təşkilatları üçün elan edilmiş “Rəqəmsal” mövzulu qrant müsabiqəsi çərçivəsində qalib gələn Aytac Hacıyevanın rəhbərlik etdiyi “Süni İntellektlə Ədəbiyyatın Rəqəmsal Əks-sədası: Azərbaycan Ədəbiyyatının Yenidən Kəşfi” adlı layihə uğurla həyata keçirilib.
Layihə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələrinin dərin təhlilini və onların yeni, innovativ təqdimat formasını təmin edir. Əsas məqsəd — süni intellektin köməyi ilə milli ədəbiyyatın mövzu, üslub və struktur xüsusiyyətlərini üzə çıxarmaq, bu əsərləri müasir dövrün tələblərinə uyğun interpretasiyalarla təqdim etmək və gənclərin ədəbiyyata marağını artırmaqdır.
Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının tanınmış klassiklərinə aid dörd əsər əsasında süni intellekt vasitəsilə hazırlanmış video materiallar təqdim olunub:
1️⃣ Cəlil Məmmədquluzadə – “Ölülər”
2️⃣ Cəfər Cabbarlı – “Oqtay Eloğlu”
3️⃣ Cəlil Məmmədquluzadə – “Anamın kitabı”
4️⃣ Rəsul Rza – “Qızılgül olmayaydı”
Azərbaycan ədəbiyyatı xalqın milli kimliyinin və tarixi yaddaşının formalaşmasında mühüm rol oynayır. Lakin bu irsin rəqəmsal mühitdə yetərincə təmsil olunmaması, gənc nəsil üçün klassik və müasir ədəbiyyata çıxışı məhdudlaşdırır. Layihə bu çağırışlara cavab olaraq, ədəbiyyatın müasir texnologiyalar vasitəsilə qorunması, təhlili və təqdimatına yeni nəfəs gətirir.
Bu təşəbbüs ədəbiyyatla texnologiyanın sintezini təmin etməklə, gənclərin yaradıcılıq potensialının inkişafına, həmçinin milli-mənəvi dəyərlərin müasir kontekstdə təbliğinə töhfə verir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Video materiallar:
https://youtu.be/yG7ObtvqfIs?si=DomfVAcnZqpisuAC
https://youtu.be/S3RqaD1XHuI?si=8cQflUpI7RLSx_ts
https://youtu.be/gDz274XXhxE?si=irTC0CHAj_MpMThh
https://youtu.be/wc066UgkvRY?si=TmbbTXAakAzL6dlW
https://youtu.be/OwD0CY3aF0A?si=X5lIcjQgpIneTqvB
https://youtu.be/wXwGoIc3SII?si=xN1gJI3iBJZS6OpQ
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026