2026-cı il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Goranboy rayonunun rəsmi loqo və maskotu təqdim olunub.
Loqonun əsas elementi olan “G” hərfi həm Goranboyu, həm də gəncliyi simvolizə edir. Loqonun yuxarı hissəsində yer alan alov Goranboy adının mənşəyinə “gor (qor)” (od, odlar yurdu) anlayışına istinad edir və enerji ilə dinamizmi ifadə edir. Aşağı hissədəki çay və təbiət elementləri isə rayonun zəngin təbii irsini və davamlı inkişaf ideyasını əks etdirir. Bu elementlərin vəhdəti “G” hərfi daxilində gənc obrazının formalaşmasına imkan yaradır.
2026-cı ilin “Gənclər Paytaxtı”nın maskotu olaraq su elementini simvolizə edən obraz seçilib. Bu seçim Goranboy rayonunun ərazisindən keçən çayların və ümumilikdə su ehtiyatlarının bölgənin təbii, sosial və mədəni həyatında mühüm rol oynaması ilə əlaqədardır. Su maskotu həyatın mənbəyini, təmizliyi, saflığı və davamlı inkişafı ifadə etməklə yanaşı, gəncliyin daim yenilənən, hərəkətdə olan və gələcəyə doğru inkişaf edən enerjisinin rəmzi kimi təqdim olunur.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026