“Heydər Əliyevin irsinə həsr olunmuş simulyasiya konfransı” uğurla həyata keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində qrant müsabiqəsinin qalibi olan layihə Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələlərinin gənclər tərəfindən interaktiv və praktik formatda öyrənilməsini hədəfləyib.
Konfrans çərçivəsində 1995-ci il Azərbaycan Konstitusiyasının qəbulu prosesi və 1994-cü il Əsrin müqaviləsinjb imzalanmasını simulyasiya formatında yenidən canlandırılıb. Tədbir iki komitə – 1995-ci il Konstitusiya Komissiyası və 1994-cü il Əsrin Müqaviləsi Komitəsi formatında təşkil olunub. Ümumilikdə 50 nəfər gənc (hər komitə üzrə 25 iştirakçı) layihədə iştirak edib.
İştirakçılar əvvəlcədən elan olunmuş onlayn qeydiyyat və müsahibə mərhələsi əsasında seçilib, konfransdan öncə onlar üçün xüsusi təlim proqramı təşkil olunub. Təlimlərdə tarixi kontekst, simulyasiya qaydaları, komitə prosedurları, debat mədəniyyəti və qətnamə yazılması qaydaları izah edilib.
Tədbirin ilk günü rəsmi açılış mərasimi ilə başlayıb. Çıxışlardan sonra komitə sessiyalarına start verilib, iştirakçılar tarixi rolları təmsil edərək çıxışlar edib, panel və debat müzakirələrində iştirak ediblər.
Tədbirin ikinci günündə müzakirələr yekunlaşıb, hər iki komitə tərəfindən hazırlanmış qətnamə layihələri səsverməyə çıxarılaraq uğurla qəbul edilib. Bağlanış mərasimində bütün iştirakçılara sertifikatlar təqdim olunub, fərqlənən nümayəndələr müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Layihənin əsas məqsədi gənclərin konstitusiya quruculuğu, iqtisadi islahatlar və enerji siyasəti sahəsində biliklərini artırmaq, onların hüquqi düşüncə, analitik təhlil, qərar qəbuletmə və natiqlik bacarıqlarını inkişaf etdirmək olub. Tədbir gənclər arasında dövlətçilik şüurunun möhkəmləndirilməsinə və Heydər Əliyev irsinin interaktiv şəkildə təbliğinə töhfə verib.
Layihənin rəhbəri Şakir Garayev bildirib ki, bu təşəbbüsün əsas prioriteti gənclərin tarixi prosesləri yalnız nəzəri deyil, praktik müstəvidə dərk etməsinə şərait yaratmaqdır və gələcəkdə layihənin davamlılığının həyata keçirilməsi nəzərdə tutulur.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026