Azərbaycan Respublikasının gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi və Elmi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən Qarabağın Konstitusiya Elçiləri layihəsi uğurla yekunlaşdı. "Qarabağın Konstitusiya Elçilər” layihəsi Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan olunmuş qrant müsabiqə əsasında həyata keçirilir.
Layihənin məqsədi iştirakçıların konstitusiya biliklərini artırmaq, hüquqi düşüncələrini formalaşdırmaq, dövlətçilik dəyərlərini təşviq etmək və onların praktiki bacarıqlarını inkişaf etdirməkdir.
Layihəyə Qarabağ Universitetində təhsil alan, hüquqi biliklərini artırmaq və dövlətçilik dəyərləri sahəsində inkişaf etmək istəyən yüksək motivasiyalı tələbələrin cəlb edilməsi nəzərdə tutulur.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026