19 aprel 2026-cı il. Bu gün Bakıda kulinariya dünyasının ən nüfuzlu hadisələrindən biri olan “Beynəlxalq Şeflər Liqası”nın (International Chefs League) möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib. Tədbir, müxtəlif ölkələrdən gələn usta şefləri və sahənin aparıcı mütəxəssislərini bir araya gətirərək əsl qastronomiya bayramına çevrilib.
Tədbirin açılışında Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsinin əhəmiyyəti vurğulanıb. “Beynəlxalq Şeflər Liqası” sadəcə bir yarışma deyil, həm də Türkiyə, Rusiya, Dağıstan, Qazaxıstan kimi ölkələrin kulinariya ustaları arasında təcrübə mübadiləsi və dostluq körpüsü rolunu oynayan xüsusi bir platforma kimi qiymətləndirilib.
Tədbirin ideya müəllifi və əsas təşkilatçısı, “Hilal Star” mükafatı laureatı Ali Magerro səhnəyə dəvət olunaraq, rəhbərlik etdiyi “Beynəlxalq Şeflər Liqası Assosiasiyası”nın qastronomiyanın inkişafındakı rolundan bəhs edib.
Təşkilatçı, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi, Məhsəti Hüseynova, qida mühəndisi Asim Vəliyev, fəxri qonaq Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, peşəkar aşbaz Xəqani Məmmədov, Ümumdünya Aşbaşazlar Dərnəyinin vitse prezidenti Sait Önder, Beynəlxalq Şeflər Assosiasiyasının nümayəndəsi Röyal Baxşıyev və digər fəxri qonaqlar milli mətbəximizin beynəlxalq səviyyədə tanıdılması və sağlam qidalanma mədəniyyətinin formalaşması istiqamətindəki fəaliyyətlərinə görə alqışlarla qarşılanıblar.
Mərasimdə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Aytən Səfərəliyeva gənclərin peşə yönümlü inkişafının vacibliyinə toxunub.
Gecənin ən həyəcanlı məqamı müxtəlif titular üzrə qonaqların təltifi olub. Təltiflət kulinariya sahəsindəki fərqli pillələri əhatə edib. Onlar “Daimi Fəxri Üzv və Jüri”, “Executive Chef”, “Master Chef”, “Young Chef” dərəcləri üzrə müxtəlif diplom və vəsiqələrlə təltif olunublar. Təltif olunanlar arasında Dağıstanın elmlər doktoru Maxaç Vaqabov, kulinariya üzrə mütəxəsis Xumsat Mirzayeva, Türkiyədən “WICS” vitse prezidenti Sait Önder, tanınmış şeflər Yunus Emre, Ercan Çinar, İsmail Özkan, Azərbaycandan tanınmış şeflər Ruslan Hüseynov, Amid Mirzəyev, Eynur Nağdəliyev, Günel Məmmədli, Aylin Məmmədli, Ağakərim Şahmidzadə, Cərulla Cərullazadə və onlarla peşəkar abşaz tətlif olunublar.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026