Layihə çərçivəsində Laçın şəhəri 2 nömrəli tam orta məktəbin, Zabux və Sus kənd tam orta məktəblərinin 8–10-cu sinif şagirdlərinin natiqlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi, onların tənqidi düşünmə, özünüifadə və auditoriya qarşısında sərbəst çıxış bacarıqlarının formalaşdırılması nəzərdə tutulur. Bu məqsədlə şagirdlər üçün natiqlik təlimləri, praktiki məşğələlər və mentorluq sessiyaları təşkil olunacaq, nitqin qurulması, bədən dili, hekayəçilik texnikaları, debat və improvizasiya kimi mövzular tədris ediləcək. Eyni zamanda şagirdlərin Ulu Öndər Heydər Əliyevin siyasi irsini və Qərbi Azərbaycan tarixini araşdırmaları təşviq olunacaq.
Xatırladırıq ki, “Düşün, Danış, Yüksəl” qrant layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olub və Ziyafət Həşimova tərəfindən Laçın rayonunda həyata keçirilir. Layihənin məqsədi ucqar və yeni bərpa olunan bölgələrdə təhsil alan şagirdlərin özünəinamlı, fəal və cəmiyyətə töhfə verən gənclər kimi formalaşmasına dəstək olmaqdır.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026