Təhsil İdman Peşə İnnovasiya Karyera

Yerli Layihələr

Logo

“Düşün, Danış, Yüksəl” qrant layihəsi çərçivəsində natiqlik və təqdimat təlimləri uğurla keçirilib

“Düşün, Danış, Yüksəl” qrant layihəsi çərçivəsində natiqlik və təqdimat təlimləri uğurla keçirilib

“Laçın şəhəri 2 nömrəli, Zabux və Sus kənd tam orta məktəblərinin 8–10-cu sinif şagirdləri üçün Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olan “Düşün, Danış, Yüksəl” qrant layihəsi çərçivəsində natiqlik və təqdimat təlimləri uğurla keçirilmişdir.

Təlimlər şagirdlərin nitq quruluşu, bədən dili, səs tonundan istifadə, hekayəçilik texnikaları, debat və improvizasiya bacarıqlarının inkişafına yönəldilmişdir. Proqram həm nəzəri biliklər, həm də praktiki çıxışlarla şagirdlərin auditoriya qarşısında sərbəst və inamlı danışıq bacarıqlarını artırmışdır.

Layihə həmçinin şagirdləri Heydər Əliyevin zəngin siyasi irsi, həyat və fəaliyyəti, eləcə də Qərbi Azərbaycan mövzusu üzrə tədqiqat aparmağa və “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak etməyə təşviq edir.

Xatırladırıq ki, layihə Həşimova Ziyafət tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində həyata keçirilir.


“Düşün, Danış, Yüksəl” qrant layihəsi çərçivəsində natiqlik və təqdimat təlimləri uğurla keçirilib “Düşün, Danış, Yüksəl” qrant layihəsi çərçivəsində natiqlik və təqdimat təlimləri uğurla keçirilib “Düşün, Danış, Yüksəl” qrant layihəsi çərçivəsində natiqlik və təqdimat təlimləri uğurla keçirilib “Düşün, Danış, Yüksəl” qrant layihəsi çərçivəsində natiqlik və təqdimat təlimləri uğurla keçirilib “Düşün, Danış, Yüksəl” qrant layihəsi çərçivəsində natiqlik və təqdimat təlimləri uğurla keçirilib
28 Fevral 2026