Naxçıvan şəhərində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Velo Fest” velosiped festivalı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyi ilə birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən festivalın məqsədi sağlam həyat tərzinin və idmana marağın təşviqi, velosipeddən ekoloji nəqliyyat vasitəsi kimi istifadənin genişləndirilməsi, velosiped mədəniyyətinin inkişaf etdirilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilinə töhfə vermək olub.
Festivaldan öncə peşəkar velosipedçilər ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Ordubad şəhərindən Naxçıvan şəhərinədək 96 km, sonra isə həvəskarlarla birgə şəhər daxilində 7 kilometrlik yürüşlə ümumilikdə 103 km məsafə qət ediblər.
Yürüş yekunlaşdıqdan sonra "Saat Meydanı" Turistik İstirahət Mərkəzində festivalın açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ölkədə idmanın inkişafına və gənclərin sağlam həyat tərzinə cəlb olunmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü idman siyasəti nəticəsində ölkədə idmanın kütləviləşdirilməsi, gənclərin idmana cəlb olunması və onların sağlam həyat tərzinin formalaşdırılması istiqamətində mühüm işlər görülür. Tədbirin əhəmiyyətindən bəhs edən nazir müavini Naxçıvanda bundan öncə təşkil velosiped idmanı üzrə ənənəvi tədbirlərin davamı olaraq velosiped festivalını bu sahədə həyata keçirilən təşviqat işlərinə töhvə kimi qiymətləndirib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxışında velosipeddən istifadənin şəhər mühitinin daha əlçatan və ekoloji baxımdan əlverişli təşkilində roluna diqqət çəkib. Bildirilib ki, velosiped ekoloji nəqliyyat vasitəsi olmaqla yanaşı, şəhər əhalisinin fiziki aktivliyinin artırılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir.
“Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin rəhbəri Vüqar Salahov isə festivalın təşkilinə göstərilən dəstəyə görə aidiyyəti qurumlara minnətdarlığını bildirib. O, ölkədə velosiped hərəkatının inkişafından, son illər velosiped idmanına marağın artmasından danışıb. Bildirilib ki, belə festivallar velosiped idmanının təbliği, yeni istedadların üzə çıxarılması və Naxçıvanda velosiped mədəniyyətinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışlardan sonra festivalın təşkilinə dəstək göstərən qurumlara, eləcə də veloyürüşdə fəal iştirak edən gənclərə təşəkkürnamələr təqdim olunub.
Festivalın bədii hissəsində incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, festival ərazisində fotosərgi, rəsm master-klassı, maarifləndirici təlim sessiyası və viktorinalar keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026
“Şamaxı Xəzinəsi: Astek Sirri” layihəsinin yekun – bağlanış mərasimi uğurla baş tutub
1 May 2026