Təhsil İdman Peşə İnnovasiya Karyera

Regional Fəaliyyət

Logo

Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb

Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb

11-17 may 2026-cı il tarixlərində Bolqarıstanın Samokov şəhərində keçirilən sərbəst-güləş idman növü üzrə U17 Avropa Çempionatında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst-güləş bölməsinin yetirməsi 48 kq çəki dərəcəsində qızıl medal qazanan Rzazadə Hüseyn Cəlilabadda böyük izdihamla qarşılanıb.

Avropa çempionunun qarşılanma mərasimində Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin kollektivi, idmançılar və rayon sakinləri iştirak edib.

İdmançımız qarşılanma mərasimində iştirak edənlərlə birlikdə Şəhidlər xiyabanını ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.

Qalib idmançımızı və məşqçi müəllimi Röyal Ağamalıyevi təbrik edirik və daha yüksək idman nailiyyətləri arzulayırıq.


Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026