“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” adlı rəqəmsal dizayn müsabiqəsinə start verilir.
Müsabiqənin məqsədi gənclərin şəhərsalma və memarlığa marağının artırılması, yaradıcı təşəbbüslərinin dəstəklənməsi, süni intellekt və müasir rəqəmsal texnologiyalardan yaradıcı məqsədlərlə istifadənin təşviq edilməsidir. Müsabiqə çərçivəsində gənclərin Naxçıvanın gələcək şəhərsalma və memarlıq simasına dair yaradıcı baxışlarının təqdim olunması nəzərdə tutulur.
18–35 yaş arası gənclərin iştirak edə biləcəyi müsabiqədə hər iştirakçı ən çox iki əsər təqdim edə bilər. Əsərlər süni intellekt və rəqəmsal dizayn vasitələrindən istifadə edilməklə, A4 ölçüsündə (2480 × 3508 piksel), JPEG və ya PNG formatında hazırlanmalıdır.
Əsərlərin qəbulu 29 oktyabr 2026-cı il saat 18:00-dək davam edəcək. İştirakçılar əsərlərini ad, soyad təvəllüd, əlaqə nömrəsi və istifadə etdiyi süni intellekt aləti barədə məlumatlarla birgə office@nmys.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Müsabiqənin nəticələri şəhərsalma və memarlıq, rəqəmsal dizayn və digər müvafiq sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qiymətləndirmədə ideyanın orijinallığı, yaradıcı yanaşma, estetik görünüş, müasir şəhərsalma prinsiplərinə uyğunluq, milli memarlıq elementlərindən istifadə, Naxçıvanın təbii-coğrafi xüsusiyyətlərinin nəzərə alınması və süni intellekt imkanlarından yaradıcı istifadə əsas meyarlar olacaq.
Təqdim olunan əsərlər noyabr ayının ilk həftəsində Nazirliyin inzibati binasının qarşısında təşkil olunacaq açıq hava sərgisində nümayiş etdiriləcək. Müsabiqədə I, II, III yerlər və 3 həvəsləndirici yer müəyyən ediləcək. Fərqlənən işkirakçılara diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026
“Şamaxı Xəzinəsi: Astek Sirri” layihəsinin yekun – bağlanış mərasimi uğurla baş tutub
1 May 2026