Təhsil İdman Peşə İnnovasiya Karyera

Regional Fəaliyyət

Logo

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  sentyabr ayının 24-də Şəmkirdə hesabat-seçki konfransı, 25-də isə Gəncə və Tovuzda hesabat konfransları  keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb bölgəsi üzrə kuratoru Bayram Yusifov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. 
Konfranslarda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin,  torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Giriş nitqi ilə çıxış edən rayon  və şəhər icra hakimiyyətlərinin rəhbərləri tədbir iştirakçılarını salamlayaraq ölkəmizin  ictimai-siyasi və mədəni həyatında ağsaqqalların göstərdikləri dəyərli xidmətlərdən bəhs ediblər.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə yaşlı nəslə göstərilən qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq ağsaqqallara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramovun hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. 
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın respublikamızın 80 şəhər və rayon təşkilatında fəaliyyət göstərən 35 mindən çox üzvünün öz ağsaqqallıq missiyalarını uğurla həyata keçirdiklərini, qurumun Türk dünyasında, eləcə də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb. Natiq, həmçinin, bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdikləri yüksək səylər sayəsində doğma Qarabağımızla yanaşı, Vətənimizin hər bir guşəsi gündən-günə daha da gözəlləşir və inkişaf edir. Bu gün dünyanın hər yerindən qalib Azərbaycan qüdrətli görünür, hörmətlə qarşılanır. Biz bunu möhtərəm Prezidentimizin xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı zamanı dünya liderlərinin cənab İlham Əliyevə olan yüksək münasibətində görürük və bu, bizi sonsuz qürurlandırır.  Bu gün hamımız bizə bu möhtəşəm tarixi günləri, böyük Zəfəri və nailiyyətləri yaşadan qalib Liderimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli və uğurlarımızın davamlı olmağı üçün əlimizdən gələni əsirgəməmliyik. Çıxışının sonunda hesabat dövrü ərzində görülən işləri ümumilikdə qənaətbəxş qiymətləndirən Bayram Yusifov bütün müsbət keyfiyyətlərin daşıyıcıları olan müdrik ağsaqqallarımıza daha da ictimai fəal olmağı, öz dəyərli fəaliyyətlərini davamlı həyata keçirməyi tövsiyə edib və onlara möhkəm cansağlığı, uğurlar arzulayıb.
Şəmkirdə keçirilən hesabat-seçki konfransında Bilal Məmmədov açıq səsvermə yolu ilə yenidən təşkilatın sədri seçilib, rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.


Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  hesabat konfransları keçirilib
25 Sentyabr 2026