Mayın 19-da Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Lənkəran şəhərində yerləşən hərbi hissəsində “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib.
Yarış Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Gənclər və İdman Nazirliyinin əməkdaşı Qoçaq İmanzadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, hərbi hissənin qərargah rəisi, komandir müavini mayor Allahşükür Məmmədli və yarışın baş hakimi Məmməd Məmmədov çıxış edərək bildirdilər ki, “Şahin” hərbi-idman oyunu gənclərin hərbi-vətənpərvərlik ruhunda formalaşdırılması, onların fiziki hazırlığının artırılması və ilkin hərbi biliklərə yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olundu ki, uzun illərdir keçirilən bu yarış yeniyetmə və gənclərdə Vətənə sevgi, dövlətçilik ənənələrinə bağlılıq, intizam və komanda ruhunun formalaşmasına böyük töhfə verir. Eyni zamanda vurğulanıb ki, “Şahin” hərbi-idman oyunu iştirakçıların çevikliyinin, dözümlülüyünün və liderlik bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır.
Daha sonra komandalar sıra hazırlığı, maneələrin dəf olunması, turnikdə dartınma və digər hərbi-idman normativləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
l yerin qalibi *Cəlilabad* rayonunun komandası
ll yerin qalibi *Lənkəran* şəhərinin komandası
lll yerin qalibi isə *Lerik* rayonunun komandası olub.
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomu ilə təltif edilib.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026
“Şamaxı Xəzinəsi: Astek Sirri” layihəsinin yekun – bağlanış mərasimi uğurla baş tutub
1 May 2026