Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib.
Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib.
Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyüş sənətinin banisi, eyni zamanda İctimai Birliyin sədri Taleh Həsənov iştirakçılararı salamlayıb, hər birinə bu möhtəşəm mübarizədə sonsuz uğurlar və qələbə sevinci arzulayıb.
BJJ Azərbaycanın Prezidenti Aqil Acalov da öz növbəsində turnir iştirakçılarına uğurlar arzulayıb, yarışda uğur qazanan idmançılara qarşıdan gələn beynəlxalq turnirdə iştirak edəcəyindən danışıb və indidən onlara qələbələr arzulayıb.
A.Acalov deyib ki, idman təkcə güc və sürət deyil, həm də yüksək nizam-intizam, iradə və xarakter nümayişidir.
İctimai Birliyin sədri müavini Anar Səfərov da öz növbəsində turnir iştirakçılarına bu yarışda uğurlar arzulayıb: "Hər birinizə bu yarışda öz potensialınızı tam nümayiş etdirməyi və parlaq qələbələr qazanmağı arzu edirik".
Daha sonra yarışlara start verilib.
Turnirdə respublikanın müxtəlif bölgələrinin klub və filiallarının idmançıları iştirak ediblər. Turnir müxtəlif yaş və çəki dərəcələri üzrə uşaq, yeniyetmə, gənc və böyüklər arasında Braziliya Ciu-Citsu döyüş sənətinin Gİ versiyası üzrə təşkil olunub.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026
Məcid Seyidov “Altay” idman klubunun fəaliyyəti ilə tanış olub
21 Oktyabr 2026