Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib

AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib

27–28 oktyabr tarixlərində “Radisson Hotel Baku”da AFFA-nın texniki direktoru Edmond Klausun iştirakı ilə Premyer Liqa klublarının və digər futbol klublarının akademiya rəhbərləri arasında işgüzar görüş keçirilib.

Görüşdə AFFA ilə futbol klubları arasında əməkdaşlığın genişləndirilməsi, uşaq futbolunun inkişafı istiqamətində gələcək planlar və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan futbolunun mövcud problemləri və yerli futbolçuların xarakterik xüsusiyyətləri müzakirə olunub.

Tədbir çərçivəsində AFFA-nın Futbolun İnkişafı Departamentinin əməkdaşı Sakit Rzayev metodologiya və futbolda oyun modeli mövzularında təqdimatla çıxış edib.

Görüşün ikinci günündə iştirakçılar FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində keçirilən Azərbaycan – Çili oyununu birlikdə izləyiblər.

Qeyd edək ki, AFFA ilə futbol klublarının akademiya rəhbərləri arasında bu formatda görüşlərin ildə üç dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti görüşün gələn ilin yanvar ayında təşkili planlaşdırılır.

  Xəbər  AFFA nin rəsmi saytına istinadən yayımlanır


AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026