Əhali üçün idman xidmətlərinin əlçatanlığını təmin etmək, infrastrukturun imkanlarından səmərəli istifadəni genişləndirmək və xidmət keyfiyyətini yüksəltmək məqsədilə Şərur Olimpiya İdman Kompleksində (OİK) aparılan təmir-bərpa və yenilənmə işləri başa çatıb.
Yenilənmə işləri çərçivəsində su təminatı və dövriyyə sistemləri təkmilləşdirilib, 5 su nasosu və müxtəlif tutumlu 4 su çəni (4, 10 və 35 tonluq) yenilənib. Hovuz suyunun təmizlənməsi, isitmə və havalandırma sistemlərində zəruri texniki işlər aparılıb. Eyni zamanda, idman zalı və açıq idman meydançalarının işıqlandırılması yaxşılaşdırılıb.
Görülən işlərin nəticəsi olaraq kompleksin Üzgüçülük Mərkəzi də yaxın günlərdə fəaliyyətini tam bərpa edəcək. Hazırda burada qazanxana və suqızdırıcı qurğular normal fəaliyyət göstərir, hovuz suyunun temperaturu istifadə üçün tələb olunan həddə çatdırılır. Üzgüçülüklə məşğul olmaq istəyən sakinlər mərkəzin xidmətlərindən yenidən yararlana biləcəklər.
Qeyd edək ki, Şərur OİK-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin diqqət mərkəzində saxlanılıb. Təmir-bərpa işləri başa çatdıqdan sonra görülən işlərin nəticələri ilə yerində tanış olmaq məqsədilə kompleksə baxış keçirilib.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026
Məcid Seyidov “Altay” idman klubunun fəaliyyəti ilə tanış olub
21 Oktyabr 2026