Noyabrın 3-də “Bakı 2026 - Dünya İdman Paytaxtı” çərçivəsində məktəblilər üçün atletika təlimlərinə start veriləcək.
Gənclər və İdman Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Atletika Mərkəzinin əməkdaşlığı ilə təşkil olunan təlimlər idmanın kütləviləşdirilməsi, uşaqların erkən yaşlardan idmana cəlb edilməsi və uşaq atletikasının inkişafı məqsədi daşıyır.
Bakı Atletika Mərkəzində baş tutacaq təlimlər 6-9 və 10-12 yaş qruplarına daxil olan məktəblilər üçün bir ay müddətində ödənişsiz təşkil olunacaq. Məşqlər həftədə iki dəfə, hər biri bir saat olmaqla keçiriləcək.
Təlimlər zamanı uşaqlar qaçış, tullanma və digər fundamental atletika hərəkətləri üzrə ilkin bacarıqlarını inkişaf etdirəcək, fiziki fəallıqlarını artıracaq və sağlam həyat tərzinin təşviqinə töhfə verəcəklər.
Təlimlərdə 200 nömrəli məktəb-lisey kompleksi, “Ankara məktəbi” məktəb-liseyi, eləcə də 34, 36, 39, 45, 47, 177, 193, 202, 207, 212 və 258 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edəcəklər.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026
Məcid Seyidov “Altay” idman klubunun fəaliyyəti ilə tanış olub
21 Oktyabr 2026