Bakı 2027-ci ildə dünya idman sənayesinin aparıcı nümayəndələrini bir araya gətirəcək mühüm beynəlxalq platformaya ev sahibliyi edəcək. Belə ki, mayın 9–13-də paytaxtımızda idman sənayesinin ən nüfuzlu və genişmiqyaslı tədbirlərindən biri olan “SportAccord Convention 2027” keçiriləcək.
Tədbirdə iştirak etmək istəyənlər üçün erkən qeydiyyat mərhələsinə start verilib. Rəsmi qeydiyyat keçidi vasitəsilə müraciət edərək daha sərfəli qiymətlə iştirakınızı təsdiqləyə bilərsiniz. Erkən qeydiyyat imkanı məhdud müddət ərzində qüvvədə olacaq.
Sammitdə 120-dən çox beynəlxalq idman federasiyasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK), qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin müvafiq qurumlarının və aparıcı şirkətlərin təmsil olunacağı gözlənilir. Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1700-dən çox rəsmi nümayəndənin iştirakı nəzərdə tutulur.
Beş gün davam edəcək sammit çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, sərgilər və B2B görüşlər təşkil olunacaq. İştirakçılar strateji tərəfdaşlıqlar qurmaq, təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf istiqamətlərini müzakirə etmək imkanı əldə edəcəklər. Tədbirin əsas işgüzar proqramı Bakı Konqres Mərkəzində, açılış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026
Məcid Seyidov “Altay” idman klubunun fəaliyyəti ilə tanış olub
21 Oktyabr 2026