I qrup üzrə abituriyent Səmra Mahmudova 692,6 bal toplayaraq ADA Universitetinin Kompüter elmləri ixtisasına qəbul olub.
Tipik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu nəticə ilə o, həm də ölkə rekordunu yeniləyib.
Belə ki, 2025/2026-cı tədris ili üzrə ən yüksək keçid balı məhz ADA-nın Kompüter elmləri ixtisasına aid olub və həmin balı Səmra Mahmudova toplayıb.
Məlum olub ki, Səmra bu ixtisasa imtahanla qəbul olub təhsil alan yeganə tələbə olacaq. Belə ki, sözügedən ixtisas üzrə ayrılmış 30 dövlət sifarişli yerin 29-u Respublika Fənn Olimpiadasının (RFO) qalibləri tərəfindən müsabiqədənkənar tutulub. Qalan bircə yerə isə məhz yüksək bal toplayan Səmra qəbul olub.
ADA-dakı Kompüter elmləri ixtisası üzrə qəbul olan 29 nəfərdən biri Lənkəran rayonunun Tütəpeştə kəndindən olan Əliyyiəkbər Şirinlidir.
Xatırladaq ki, bundan əvvəl ölkə üzrə ən yüksək keçid balı 687 bal olub və bu göstərici də BANM-ə aid idi.
Məlumat üçün bildirək ki, bu il müxtəlif yarışlarda yüksək nəticə göstərən 208 nəfər ali təhsil müəssisələrinə müsabiqədənkənar yerləşdirilib.
“Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” layihəsi keçirilib
8 Noyabr 2026
Bakı Gənclər Mərkəzində “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” layihəsi keçirilib
6 Noyabr 2026
Şahbuzda məktəblilərlə Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib
5 Noyabr 2026
Naxçıvanda ilk dəfə keçirilən HIPPO Olimpiadasında 7 şagird ikinci mərhələyə vəsiqə qazanıb
16 May 2026
Eşitmə və danışma məhdudiyyətli şəxslər üçün innovativ texnoloji həll
2 Aprel 2026
24 Dekabr Cənab Prezident İlham Əliyevin doğum günüdür .
24 Dekabr 2025
ADNSU tələbəsi “Teknofest 2025”də ikinci yerin qalibi olub
24 Sentyabr 2025
UFAZ-ın məzunu Böyük Britaniyanın “INEOS Energy” şirkətində 3 aylıq təcrübə proqramını uğurla başa …
23 Sentyabr 2025
Azərbaycanlı tədqiqatçı BMT-nin Cenevrə sammitində Qərbi azərbaycanlıların hüquqları barədə çıxış e…
4 Sentyabr 2025
Şəhid baş leytenant Vüsal Babayevin qızı Rüqəyya birinci sinfə daxil olub
1 Sentyabr 2025