Özüm haqqında ətraflı məlumat vermək istərdim. Mən Nurcan Əmircanova, hazırda Macarıstanın Budapeşt şəhərində yerləşən Eötvös Loránd Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistratura təhsili alıram. Bakalavr təhsilimi İtaliyanın Roma şəhərində yerləşən Sapienza Universitetində Qlobal Humanitar Elmlər üzrə tamamlamışam. Azərbaycan və Gürcüstanda böyümüşəm, altı dili bilən polyqlotam və çoxmədəniyyətli mühitlərdə təcrübə qazanmışam.
Hal-hazırda Azərbaycanın Macarıstandakı məzunlar birliyi – Azerbaijan–Hungary Alumni Union-un idarə heyətinin üzvü kimi fəaliyyət göstərirəm. Bundan əvvəl Azərbaycanın İtaliya və Macarıstandakı səfirliklərində təcrübə keçmiş, Azərbaycanla bağlı araşdırmalar aparmış, mədəni diplomatiya və ikitərəfli təşəbbüslərlə bağlı təcrübə toplamışam. Paralel olaraq European Institute of Policy Research and Human Rights (EIPRHR) təşkilatında Junior Research Fellow vəzifəsində çalışıram və Qərbi azərbaycanlıların evə qayıtmaq hüququ mövzusunda tədqiqat aparıram. Bu mövzu beynəlxalq hüquqi sənədlərdə açıq şəkildə təsbit olunub. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13(2)-ci maddəsində hər kəsin öz ölkəsinə qayıtmaq hüququnun olması qeyd edilir. Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın 12(4)-cü maddəsində heç kəsin öz ölkəsinə qayıtmaq hüququndan məhrum edilə bilməyəcəyi vurğulanır. BMT Qaçqınlar üzrə Ali Komissarlığının qaydalarında isə qayıdışın könüllü, təhlükəsiz və ləyaqətli şəkildə olmasının vacibliyi təsbit olunub. Qərbi azərbaycanlılar XX əsrin sonlarında – 1987–1991-ci illərdə – indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş, 250 mindən çox insan doğma yurd-yuvasını itirmişdir. 1991-ci ildə sonuncu azərbaycanlı kəndi – Nüvədi – boşaldılmış, məscidlər dağıdılmış, qəbiristanlıqlar məhv edilmiş, tarixi toponimlər dəyişdirilmişdir. 2022-ci ildə qəbul olunmuş Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası isə bu məsələnin beynəlxalq hüquq və insan haqları prinsiplərinə əsaslanaraq, sülh yolu ilə həllini nəzərdə tutur.
Bu il 28–31 avqust tarixlərində İsveçrənin Cenevrə şəhərində, BMT qərargahında Youth Center for Dialogue and Peace və UNITAR tərəfindən təşkil olunan Global Youth Summit for Change 2025 adlı beynəlxalq tədbirdə iştirak etmək şansı qazandım. Dünyanın müxtəlif yerlərindən gələn gənclərin iştirak etdiyi bu sammitdə Cənubi Qafqazdan yeganə nümayəndə kimi çıxış etdim. Təqdim etdiyim məruzədə məcburi köçkünlərin hüquqları, xüsusilə də Qərbi azərbaycanlıların evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun beynəlxalq insan hüquqları kontekstində tanınmasının vacibliyini vurğuladım.
Çıxışımda qeyd etdim ki, insanların evlərinə qayıtması yalnız fiziki məkan deyil, həm də mədəniyyətə, tarixə və ləyaqətə qayıdışdır. Bu prinsip fələstinlilərdən başlayaraq afrikalı, balkanlı və Yaxın Şərq qaçqınlarına necə aid edilirsə, Qərbi azərbaycanlılara da eyni şəkildə aid olunmalıdır.a Mən həmçinin 2025-ci il Vaşinqton Sazişi və planlaşdırılan Zəngəzur Dəhlizinin yalnız iqtisadi və təhlükəsizlik baxımından deyil, həm də hüquqların bərpası və birgə sülh içində yaşamaq üçün tarixi imkan yarada biləcəyini qeyd etdim.
Sammit çərçivəsində keçirilən “Gənclərin baxış bucağından insan hüquqları” adlı paneldə də iştirak etdim. Burada müxtəlif ölkələrdən gələn nümayəndələrlə birlikdə qlobal insan hüquqları mövzularını müzakirə etdik. Mən isə çıxışımda məcburi köçkünlərin, xüsusilə də Qərbi azərbaycanlıların evlərinə qayıtmaq hüququnun beynəlxalq gündəlikdə daha çox ön plana çəkilməsinin vacibliyini diqqətə çatdırdım.
Ümumilikdə, bu sammit mənim üçün təkcə beynəlxalq auditoriyada çıxış imkanı deyil, həm də Azərbaycanın səsini eşitdirmək, Qərbi azərbaycanlıların hüquqlarını beynəlxalq insan haqları kontekstində təqdim etmək üçün mühüm bir addım oldu. Bu təcrübə gənclərin qlobal problemlərin həllinə verdiyi töhfənin nə qədər dəyərli ola biləcəyini bir daha sübut etdi.
Hörmətlə,
Nurcan Əmircanova
“Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” layihəsi keçirilib
8 Noyabr 2026
Bakı Gənclər Mərkəzində “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” layihəsi keçirilib
6 Noyabr 2026
Şahbuzda məktəblilərlə Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib
5 Noyabr 2026
Naxçıvanda ilk dəfə keçirilən HIPPO Olimpiadasında 7 şagird ikinci mərhələyə vəsiqə qazanıb
16 May 2026
Eşitmə və danışma məhdudiyyətli şəxslər üçün innovativ texnoloji həll
2 Aprel 2026
24 Dekabr Cənab Prezident İlham Əliyevin doğum günüdür .
24 Dekabr 2025
ADNSU tələbəsi “Teknofest 2025”də ikinci yerin qalibi olub
24 Sentyabr 2025
UFAZ-ın məzunu Böyük Britaniyanın “INEOS Energy” şirkətində 3 aylıq təcrübə proqramını uğurla başa …
23 Sentyabr 2025
Şəhid baş leytenant Vüsal Babayevin qızı Rüqəyya birinci sinfə daxil olub
1 Sentyabr 2025
Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi
31 Avqust 2025