Naxçıvan Dövlət Universitetinin Kembric Məktəbində keçirilən Beynəlxalq İngilis Dili Olimpiadası HIPPO “English Without Borders” layihəsinin mərhələləri uğurla yekunlaşıb. Muxtar respublikanın müxtəlif təhsil ocaqlarından 100-dən çox şagirdin qatıldığı bilik yarışında əsas fəallıq məhz Kembric Məktəbinin şagirdləri tərəfindən nümayiş etdirilib. İngilis dili üzrə hazırlıq səviyyələrini inamla ortaya qoyan məktəblilər əldə etdikləri nəticələrlə diqqət çəkiblər.
Dünyanın ən nüfuzlu dil müsabiqələrindən biri sayılan bu olimpiada 6-19 yaş arası iştirakçılar üçün həm də beynəlxalq təhsil mühitinə inteqrasiya platformasıdır. Burada şagirdlər dil bacarıqları ilə yanaşı, analitik düşüncə, çevik qərarvermə və mədəniyyətlərarası ünsiyyət qabiliyyətlərini də sınamaq imkanı qazanırlar.
Mövzu ilə bağlı NDU-nun Beynəlxalq Kembric Məktəbinin direktoru Bayram Əliyevlə həmsöhbət olduq. O bildirdi ki, əldə olunan nəticələr məktəbin gələcək inkişaf strategiyasının uğurlu istiqamətdə formalaşdığını göstərir: “Əsas məqsədimiz şagirdlərimizi beynəlxalq təhsil mühitinə inteqrasiya etdirməkdir. Kembric proqramı vasitəsilə dünyanın müxtəlif təhsil müəssisələri və beynəlxalq layihələrlə əməkdaşlıq edirik. HIPPO Olimpiadasında iştirakımız da məhz bu əməkdaşlığın nəticəsidir. Bu uğur bizim üçün həm də gələcəyə hesablanmış strateji hədəflərimizin göstəricisidir”.
Direktor qeyd edib ki, məktəbin 6 şagirdi ilk mərhələni uğurla keçərək növbəti mərhələyə vəsiqə qazanıb: “Ümumilikdə, Naxçıvan üzrə ikinci mərhələyə yüksələn 7 şagirddən 6-sı bizim məktəbin təmsilçisidir. Məktəbin yeni fəaliyyətə başlamasına, sinif sayının və şagird kontingentinin məhdud olmasına baxmayaraq, əldə olunan göstəricilər kifayət qədər yaxşıdır”.
Bayram Əliyev vurğulayıb ki, iştirakçıların yalnız 8 faizinin növbəti mərhələyə keçid əldə etdiyi belə bir olimpiadada bu nəticənin qazanılması məktəbin hazırlıq səviyyəsinin bariz nümunəsidir. Şagirdlərin əksəriyyətinin 80 faizdən yüksək nəticə göstərməsi, vəsiqə qazananların isə 90 faizdən yuxarı bal toplaması görülən işin real göstəricisidir.
Həmsöhbətimiz yaxın gələcəkdəki planlardan da söz açaraq bildirib ki, məktəb beynəlxalq layihələrin coğrafiyasını genişləndirmək niyyətindədir: “Biz bu istiqamətdə Almaniya mərkəzli beynəlxalq Einstein Olimpiadasının da yaxın zamanda Naxçıvanda keçirilməsini nəzərdə tuturuq. Məqsədimiz regionu beynəlxalq intellektual yarışların keçirildiyi mühüm təhsil məkanına çevirməkdir”.
Seçim mərhələsini uğurla başa vuran şagirdlər artıq müxtəlif ölkələrdən olan həmyaşıdları ilə daha genişmiqyaslı bilik yarışına hazırlaşırlar. Bu nəticə göstərir ki, Naxçıvan məktəbliləri beynəlxalq arenada öz sözlərini deməyə qadirdirlər.
Bu nailiyyət Naxçıvan təhsilinin müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdiyini, beynəlxalq rəqabət mühitində layiqli yer tutmaq gücünə malik olduğunu göstərən önəmli göstəricilərdən biridir. Gənc nəslin əldə etdiyi hər bir uğur regionun intellektual potensialının zənginliyini nümayiş etdirməklə yanaşı, gələcəkdə daha böyük zəfərlərin qazanılacağına da inam yaradır. Bu cür nəticələr həm də onu göstərir ki, düzgün qurulmuş təhsil strategiyası və peşəkar pedaqoji yanaşma sayəsində Naxçıvan yaxın illərdə beynəlxalq təhsil məkanında daha parlaq uğurlara imza ata bilər.
Əldə olunan bu nəticə həm də gələcək nəsillərin daha böyük hədəflərə doğru inamla irəliləməsinin rəmzi kimi dəyərləndirilir. Çünki bu gün qazanılan hər bir uğur sabah Naxçıvanın adının beynəlxalq elm və təhsil arenasında daha geniş səslənməsinə xidmət edir.
“Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” layihəsi keçirilib
8 Noyabr 2026
Bakı Gənclər Mərkəzində “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” layihəsi keçirilib
6 Noyabr 2026
Şahbuzda məktəblilərlə Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib
5 Noyabr 2026
Eşitmə və danışma məhdudiyyətli şəxslər üçün innovativ texnoloji həll
2 Aprel 2026
24 Dekabr Cənab Prezident İlham Əliyevin doğum günüdür .
24 Dekabr 2025
ADNSU tələbəsi “Teknofest 2025”də ikinci yerin qalibi olub
24 Sentyabr 2025
UFAZ-ın məzunu Böyük Britaniyanın “INEOS Energy” şirkətində 3 aylıq təcrübə proqramını uğurla başa …
23 Sentyabr 2025
Azərbaycanlı tədqiqatçı BMT-nin Cenevrə sammitində Qərbi azərbaycanlıların hüquqları barədə çıxış e…
4 Sentyabr 2025
Şəhid baş leytenant Vüsal Babayevin qızı Rüqəyya birinci sinfə daxil olub
1 Sentyabr 2025
Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi
31 Avqust 2025