Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin “Neft və qaz mühəndisliyi” ixtisası üzrə məzunu Pərvin Hacıyeva baş ofisi Londonda yerləşən Böyük Britaniyanın beynəlxalq enerji şirkəti “INEOS Energy”də təcrübə müddətini başa vurub.
Pərvin Hacıyeva 3 ay davam edən proqramın sonunda“Böyük Peqasus ərazisində regional təzyiq və maye analizi” mövzusunda hazırladığı layihəni təqdim edib. O, mürəkkəb yeraltı məlumatları komandaların analiz və qərar qəbuletmə proseslərində istifadə edə biləcəyi aydın, interaktiv vizuallara çevirmək üzərində çalışıb. Məqsəd isə məlumatların paylaşılma prosesini daha səmərəli etmək olub.
Təcrübəsi zamanı Pərvin proqramlaşdırma və tədqiqat bacarıqlarını inkişaf etdirib, problem həll etmə və əməkdaşlıq vərdişlərini gücləndirib, eyni zamanda qeyri-müəyyənlik şəraitində işləmək bacarığına yiyələnib.
Neft və qaz hasilatı, emalı və paylanması sahələrində ixtisaslaşan “INEOS Energy” innovativ texnologiyaların tətbiqi və davamlı enerji həllərinin inkişafına böyük önəm verir. Şirkət həmçinin təcrübəçilərə və gənc mütəxəssislərə praktiki bilik və bacarıqlarını inkişaf etdirmək üçün imkanlar təqdim edir.
“Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” layihəsi keçirilib
8 Noyabr 2026
Bakı Gənclər Mərkəzində “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” layihəsi keçirilib
6 Noyabr 2026
Şahbuzda məktəblilərlə Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib
5 Noyabr 2026
Naxçıvanda ilk dəfə keçirilən HIPPO Olimpiadasında 7 şagird ikinci mərhələyə vəsiqə qazanıb
16 May 2026
Eşitmə və danışma məhdudiyyətli şəxslər üçün innovativ texnoloji həll
2 Aprel 2026
24 Dekabr Cənab Prezident İlham Əliyevin doğum günüdür .
24 Dekabr 2025
ADNSU tələbəsi “Teknofest 2025”də ikinci yerin qalibi olub
24 Sentyabr 2025
Azərbaycanlı tədqiqatçı BMT-nin Cenevrə sammitində Qərbi azərbaycanlıların hüquqları barədə çıxış e…
4 Sentyabr 2025
Şəhid baş leytenant Vüsal Babayevin qızı Rüqəyya birinci sinfə daxil olub
1 Sentyabr 2025
Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi
31 Avqust 2025