Təhsil İdman Peşə İnnovasiya Karyera

Tarixə Yazılanlar

Logo

“Bayraq kimliyimizdir — onu qorumaq və düzgün istifadə etmək hər birimizin borcudur.”

“Bayraq kimliyimizdir — onu qorumaq və düzgün istifadə etmək hər birimizin borcudur.”

Bir çox gəncin Dövlət Bayrağının istifadəsi ilə bağlı qanunvericiliyin mövcudluğu və tələbləri barədə yetərli məlumatı yoxdur. Bu səbəbdən gənclərin maarifləndirilməsi məqsədilə silsilə paylaşımlarımızı davam etdirəcəyik.

Hər bir vətəndaş Dövlət Bayrağına hörmətlə yanaşmalı, onun düzgün istifadəsinə diqqət yetirməli və bu məsuliyyəti ətrafındakılardan da tələb etməlidir.

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə-nin şeirindən bir parça ilə bu hissləri ifadə etməyə çalışırıq:

  Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq – öz yurduma öz hakimliyim.

Bayraq – mənliyimdir, bayraq – mənliyim,

Bayraq – hər şeyimdir, bayraq – kimliyim.

 

 

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları 

Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr

1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

1.2. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.

1.3. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

1.4. Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir

Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur.

4.2. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur.

4.3. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikasının dövlət mükafatlarının, habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi istifadə edilir.

 

Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi

5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.

5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər.

5.3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir.

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.


“Bayraq kimliyimizdir — onu qorumaq və düzgün istifadə etmək hər birimizin borcudur.” “Bayraq kimliyimizdir — onu qorumaq və düzgün istifadə etmək hər birimizin borcudur.”
27 Aprel 2026