Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən mədəni mübadilə proqramı çərçivəsində 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfərin proqramı 16–25 oktyabr tarixlərini əhatə edir.
21–22 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikasına səfər edən nümayəndə heyəti Heydər Əliyev Muzeyini, Xan Sarayını, Nuh türbəsini, Naxçıvanqalanı və Naxçıvan Dövlət Universitetini ziyarət ediblər. Heyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları müşayiət edib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkənin mədəni dəyərlərinin qorunmasında və gənclər arasında əlaqələrin inkişafında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Səfərin ikinci günündə qonaqlar Əshabi-Kəhf ziyarətgahı ilə tanış olublar.
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
16 Noyabr 2026
Budapeştdə ELSA-nın 90-cı Beynəlxalq Şura Toplantısı keçirilib
16 Noyabr 2026
Beynəlxalq Gənclər Forumu
25 Oktyabr 2026
“Gilavar” Foto Klubu İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində - BMT-nin Avropa ofisinin yerləşd…
6 Oktyabr 2026
WUF 13 Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib.
21 May 2026
“Beynəlxalq gənclər üçün süni intellekt müsabiqəsi: Dayanıqlı, davamlı və reinteqrasiyaya uyğun şəh…
19 May 2026
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib
12 May 2026
Sumqayıtda WUF13 Festivalının ictimai proqramı baş tutub
12 May 2026
Sumqayıt şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
12 May 2026
WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
11 May 2026