Təhsil İdman Peşə İnnovasiya Karyera

Beynəlxalq Ləyihələr

Logo

AZƏRBAYCAN GƏNCLƏRİ EXPO2025 OSAKADA!

AZƏRBAYCAN GƏNCLƏRİ EXPO2025 OSAKADA!

Sentyabrın 3-4-də Yaponiyada, “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan pavilyonunda Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “İrsi qoruyanlar” Gənclər Proqramı ilə gənclərimizi təmsil edəcək.

 

Bu günlər ərzində Azərbaycan gəncliyinin uğurları, görülən işlər və imkanlar barədə təqdimatlar, görüşlər, milli-mənəvi dəyərlərimizin, irsimizin, yaradıcılığımızın təbliği məqsədilə sessiyalar təşkil olunacaq, həmçinin “Müasir Azərbaycan gənci” layihəsinin xüsusi buraxılışı üçün çəkiliş aparılacaq.

 

Dünya sərgisində dəyərlərimiz, yaradıcılığımız və innovativ düşüncəmiz gənclərin təşəbbüsləri vasitəsilə də təqdim ediləcək. 


AZƏRBAYCAN GƏNCLƏRİ EXPO2025 OSAKADA!
2 Sentyabr 2025