Təhsil İdman Peşə İnnovasiya Karyera

Beynəlxalq Ləyihələr

Logo

III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib

III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib

2025 MDB Oyunları — 2025-ci ildə Azərbaycanın Gəncə və digər 6 şəhərində keçirilməsi planlaşdırılan sayca III MDB Oyunları. Oyunların açılış və bağlanış mərasimi və 8 idman növü üzrə yarışlar Gəncədə keçiriləcək. Yarışın 2025-ci ilin sentyabrin 28-dən oktyabrın 8-ə qədər keçirilməsi planlaşdırılıb. 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib.

Sentyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin 3-cü iclası keçirilib. 

Tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.

O cümlədən hava limanı əməliyyatları, nəqliyyat, təhlükəsizlik, uniforma, akkreditasiya, brendinq, tədbirlər, mükafatlandırma, bilet sistemi, logistika, iaşə xidmətləri, təmizlik və tullantıların idarə olunması; inzibati işlər, insan resursları və işçi qüvvəsi, III MDB Oyunları könüllülər proqramı, məkanların idarə olunması, media xidmətləri və kommunikasiya, informasiya texnologiyaları və yayım, idman əməliyyatları, açılış və bağlanış mərasimlərinə hazırlıq, idman qurğularının Oyunlara hazırlığı istiqamətlərində aparılan işlər barədə məlumat verilib.


III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib
4 Sentyabr 2025